10 
Avq
2022
05:41
118
40
1778
Virtual karabakh

Britni Spirs altı ildən sonra ilk musiqisini hazırlayır - FOTO

10 Avq, 2022
05:41
1778

Britni Spirs altı ildən sonra ilk musiqisini hazırlayır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı müğənni Britni Spirs musiqiyə qayıdır. O, altı ildən sonra ilk mahnısını yayımlayacaq. Britaniyalı musiqiçi Elton Con ilə birlikdə hazırlanan bəstə “Hold Me Closer” adı ilə işıq üzü görəcək.

Bu, həm də müğənninin keçən il atasının himayəsindən çıxmasından sonra ilk mahnısı olacaq.

Mahnı yaxın günlərdə işıq üzü görəcək.

Britni Spirsin son studiya albomu “Glory” 2016-cı ildə buraxılıb.

Con yeni mahnının üz qabığını özünün “Instagram” hesabından paylaşıb. Şəkildə raket və qızılgül smaylikləri əks olunub.

Qeyd edək ki, Spirs çox zaman çiçək emojisindən istifadə edir, E.Con isə 1970-ci illərin eyni adlı hitindən sonra özünü “Roketmən” adlandırır.

 

Mənbə: Variety

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri