Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şahzadə Çarlz oğlundan Balmorala Meqansız gəlməsini istəyib
II Elizabetin son anlarında şahzadə Çarlz şahzadə Harridən Balmoral qalasına həyat yoldaşı Meqan Markl olmadan gəlməsini xahiş edib.
Bu barədə “The Sun” öz mənbələrinə istinadla xəbər verib.
Mənbədən bildirilib ki, Meqanın səfəri sarayda “yanlış və yersiz” hesab edilib.
“Harriyə qardaşı Uilyamın həyat yoldaşı Keyt Middltonun da getməyəcəyi deyilib. Kraliçanın yanında yalnız ən yaxın qohumlar olmalıdır. Çarlz çox açıq və aydın şəkildə bildirdi ki, Meqan arzuolunan qonaq olmayacaq”, - deyə o əlavə edib.
Qəzet həmçinin qeyd edir ki, şahzadə Uilyam və əmiləri Şahzadə Edvardla Şahzadə Endryunu Şotlandiyaya aparan Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarəyə şahzadə Harrinin minməsinə icazə verilməyib. Ona görə də statusundan imtina edən şahzadə saat yarım gecikib və nənəsi ilə vidalaşmağa imkan tapmayıb.
Kraliçanın səhhətinin pisləşdiyi məlum olanda Harri və Meqan Londonda idilər. Həmin axşam onlar xeyriyyə tədbirində iştirak etməyi planlaşdırırdılar.
Xatırladaq ki, sentyabrın 8-də Böyük Britaniya kraliçası II Elizabet vəfat edib. Böyük Britaniyanın yeni kralı Şahzadə Çarlz oldu.
Rəylər