Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiyada təhsil müəssisələrində işçi və tələbələrdən gözlənilməz tələb - FOTO
Rusiyanın Nijni-Novqorod vilayətində təhsil idarəsi məktəb, kollec və universitetlərdən xarici internet xidmətlərindən istifadənin dayandırılmasını tələb edib.
Rəsmilər bunu təhlükəsizlik səbəbi ilə izah ediblər.
Bildirilir ki, tələbələr və işçilər “Skype”, “WhatsApp”, “Twitter” və digər xarici xidmətlərdən istifadə etməsələr, daha yaxşı olar. Maraqlıdır ki, Rusiyanın “VKontakte” holdinqinə məxsus olan ICQ meseceri də “qara siyahıya” düşüb.
Qeyd edək ki, mart ayında oxşar tədbirlər Sankt-Peterburq təhsil komitəsi tərəfindən tətbiq edilib. Onlar bunu mümkün kiberhücumlarla əlaqələndiriblər.
Mənbə: “BAZA” “Telegram” kanalı
"Maraqlı" teqi üzrə xəbərlər
- Dəri xərçəngini erkən mərhələdə aşkar edən plastır yaradılıb
- Alimlərdən yeni kəşf: Ələ əlavə edilən bir barmaq insanı mükəmməlləşdirir
- Fransa və ABŞ-nin Ukrayna üzərindən çirkin oyunları - ŞƏRH + FOTO
- ABŞ kəşfiyyatı Azərbaycan-Ermənistan münasibətlərinə zərbə vurur - ŞƏRH + FOTO
- Sürücülərin illərlə çözülməyən dərdinə çarə axtarılır: Cərimə artırılacaq, yoxsa parklanma yerləri? - FOTO
Rəylər