18 
Okt
2022
07:52
45
511
3526
Virtual karabakh

Rusiyada məhkəmə canlı yayımda plakat açan qadının uşağını əlindən aldı

18 Okt, 2022
07:52
3526

Rusiyada məhkəmə canlı yayımda plakat açan qadının uşağını əlindən aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva şəhər məhkəməsi Rusiyanın “Birinci Kanal”ın keçmiş redaktoru Marina Ovsyannikovanın 11 yaşlı qızının ondan alınaraq atasının himayəsinə verilməsi barədə qərar çıxarıb.

Jurnalistin qızının atasının yaşadığı Moskvaya necə qaytarılacağı hələlik açıqlanmayıb. Çox güman ki, Marina Ovsyannikova uşaq oğurluğuna görə beynəlxalq axtarışa veriləcək.

Belə ki, jurnalistin vəkili Dmitri Zaxvatov mətbuata açıqlamasında bildirib ki, jurnalist artıq Rusiyanı tərk edib və 11 yaşlı qızını da özü ilə aparıb.  

Onun Avropa ölkələrindən birində olduğu bildirilsə də, konkret hansı ölkədə olduğu məlum deyil.

Xatırladaq ki, M.Ovsyannikova bir müddət əvvəl Rusiyanın “Pervıy kanal”ının “Vremya” xəbərlər proqramında diktor Yekaterina Andreyevanın çıxışı zamanı üzərində "Müharibəyə yox, təbliğata inanmayın, burada sizi aldadırlar!" sözləri yazılmış plakat açıb. Buna görə də o, işdən çıxarılıb.

Mənbə: Mash

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri