27 
Okt
2022
01:10
269
32
2067
Virtual karabakh

ABŞ rusiyalı müğənni Jasminə qarşı sanksiyalar tətbiq etdi

27 Okt, 2022
01:10
2067

ABŞ rusiyalı müğənni Jasminə qarşı sanksiyalar tətbiq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Moldovadakı korrupsiya işlərində əli olan Rusiyaya bağlı 9 fiziki və 12 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Bu barədə çərşənbə günü ABŞ Maliyyə Nazirliyinin yaydığı yazılı açıqlamada deyilir.

Bildirilir ki, yeni məhdudiyyətlər ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən Rusiya hökumətinin daimi zərərli təsir kampaniyalarına və sistemli korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunub.

“Hazırda sanksiyaya məruz qalan oliqarxlar Moldovanın siyasi və iqtisadi institutlarını ələ keçirmək və korlamaqla məşğul olan, habelə Rusiyanın ABŞ, onların müttəfiqləri və tərəfdaşları, o cümlədən Moldova və Ukraynaya qarşı qlobal təsir kampaniyasının aləti kimi fəaliyyət göstərən şəxslərdir”, - sənəddə vurğulanır.

Qeyd edək ki, siyahıda Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Çaykanın oğlu oliqarx İqor Çayka, Moldova Demokratik Partiyasının keçmiş lideri Vladimir Plaxotnyuk, müğənni Jasmin və onun əri, moldovalı siyasətçi və iş adamı İlan Şor da var.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri