31 
Okt
2022
00:16
17
140
1317
Virtual karabakh

Konqo Demokratik Respublikasında izdihamda azı 11 nəfər ölüb

31 Okt, 2022
00:16
1317

Konqo Demokratik Respublikasında izdihamda azı 11 nəfər ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada şəhərin ən böyük stadionunda keçirilən konsertdə izdiham nəticəsində biri polis olmaqla azı 11 nəfər həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini, daxili işlər, təhlükəsizlik və ənənəvi hüquq naziri Daniel Aselo Okito Vankoy bildirib.

“Əldə etdiyimiz məlumata görə, baş verənlərdə konsertin təşkilatçıları günahkardır. İzdiham olub və insanlar boğulub”, - nazir qeyd edib.

O, cinayətkarların tapılaraq cəzalandırılacağını vurğulayıb. Rəsmilər daha əvvəl səkkiz nəfərin öldüyünü bildirmişdilər.

Qeyd edək ki, müğənni Falli İpupanın oktyabrın 29-da baş tutan konsertində izdiham yaranıb. 80 min nəfər üçün nəzərdə tutulmuş stadionda bütün oturacaqlar dolub, eyni zamanda tamaşaçılar dəhlizlərə də toplanıb. Nəticədə səhnəyə yaxınlaşmaq istəyən kütlənin təzyiqini polis saxlaya bilməyib və izdiham yaranıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri