Apr
2015
14:04
37
146
11676
Virtual karabakh

Oxot dənizində gəmi batıb: Dörd azərbaycanlı xilas edildi – YENİLƏNİB

2 Apr, 2015
14:04
11676

Oxot dənizində gəmi batıb: Dörd azərbaycanlı xilas edildi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onlardan 2-si qardaşdır.

Rusiya FHN-i Oxot dənizində Kamçatka sahillərində qəzaya uğramış “Dalni Vostok” traulerinin ekipaj üzvlərinin siyahısını dərc edib.

Oxu.Az xəbər verir ki, FHN-nin məlumatına görə, gəminin göyərtəsində 130 nəfər olub, onlardan 63-ü xilas edilib.

Son məlumatlara görə, ekipaj üzvlərindən 8-i azərbaycanlı olub.

Onlar Səfərov Məhəmməd Səfər oğlu (1964), Talıbov Mailağa Ulduz oğlu (1964), Məhərrəmov Muradəli Qurban oğlu (1987), Əliyev Elman Sərdan oğlu (1964), Şəkərov Faiz Gilal oğlu (1959), Əliyev Yaşar Sərdan oğlu (1975), Sadıqov İmaməddin Hidayət oğludur (1969).

Öz növbəsində lifenews saytının məlumatına görə, Talıbov, Sadıqov, Əliyev E. və Əliyev Y. qardaşları xilas edilənlər sırasındadır.

11:19

Aprelin 1-də gecə saatlarında Oxot dənizində batan “Dalni Vostok” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında olan azərbaycanlıların adları açıqlanıb.

Oxu.Az xəbər verir ki, onlar matros Abdullayev F.S., matros Səfərov M.S., matros Sadiqov İ.Q., dördüncü mexanik Talıbov M.U., emal ustası Əliyev Ə.S və matros Əliyev Y.S. olublar.  

Son məlumatlara görə, ümumilikdə 63 nəfər xilas edilib. Talıbov, Sadiqov, Abdullayev, Əliyev Y. və Əliyev E. qardaşları xilas edilənlər arasındadır.

Xilas edilənlərin 7 nəfərinin vəziyyəti çox ağır olduğu üçün onlar özləri barədə məlumat verməkdə çətinlik çəkiblər.

09:52

“Xilas edilənlərdən kimisi ağır, kimisi isə çox ağır vəziyyətdədir, hamını don vurub. İlkin məlumata görə, onları Maqadana aparırlar”, - RİA Novosti-nin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, ilkin məlumata əsasən, ekipajın 26 nəfəri saxalinlilərdir. Eləcə də onların arasında Primorye, Kamçatka, Stavropol, Azərbaycan vətəndaşları da var.

“Bundan başqa, gəmidə sərnişinlər də olub”, - həmsöhbət qeyd edib.

Dəqiqləşdirilən məlumata görə, gəmi Maqadanın 300 kilometrliyində batıb.

09:30

Oxot dənizində “Dalnı Vostok” traulerinin batması nəticəsində əlli üç dənizçi həlak olub, 63 nəfər xilas edilib.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Kamçatka Rusiya Federasiyası FHN-nin nümayəndəsi bildirib.

“Qəza yerində 26 gəmi var”, - həmsöhbət bildirib.

Gəmi aprelin 2-nə keçən gecə Oxot dənizi akvatoriyasında batıb. İlkin məlumata görə, gəminin göyərtəsində 132 nəfər – 78 rusiyalı və 54 əcnəbi olub. Dəqiqləşdirilmiş məlumata əsasən, əcnəbilərdən 42-si Birma, üçü Latviya, dördü Ukrayna və beşi Vanuatu vətəndaşı olub.

“Balıq ovlayan gəmilər tərəfindən 63 nəfər sudan sağ çıxarılıb.

Kamçatka Dənizdə Xilasetmə Mərkəzindən bildirilib ki, gəmi qəzaya uğrayan zaman ekipaj üzvlərinin hamısı xilasedici canlıq və termokostyumda olublar.  

Məlumata görə, gəmi Maqadandan 300 km aralıda batıb.  

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri