Apr
2015
16:08
9
132
7872
Virtual karabakh

Sübut olundu: Pilot bilərəkdən Airbus sərnişin təyyarəsini qəzaya uğradıb

3 Apr, 2015
16:08
7872

Sübut olundu: Pilot bilərəkdən Airbus sərnişin təyyarəsini qəzaya uğradıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“O, təyyarənin yerə düşməsindən öncə sürəti artırıb”.

İkinci “qara qutu”nun məlumatları sübut edib ki, Fransada qəzaya uğramış A320 sərnişin təyyarəsinin ikinci pilotu Andreas Lubits bilərəkdən hərəkət edib. Bu barədə France24 məlumat yayıb. 

Həmçinin məlum olub ki, təyyarə qayalara dəyməzdən öncə pilot onun sürətini artırıb. 

Oxu.Az xəbər verir ki, Reuters istintaq qrupunun məlumatını yayıb. 

“Əldə olunmuş ilk məlumatlar göstərir ki, pilot təyyarənin 30 metrlik hündürlüyə düşməsi üçün avtopilotun proqramını dəyişib. Bundan başqa, pilot təyyarənin yerə düşməsindən öncə sürəti artırıb”, - məlumatda deyilir. 

Qeyd edək ki, ikinci “qara qutu” təyyarənin qəzaya uğradığı yerdə çərşənbə axşamı tapılıb. 
 

www.oxu.az  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri