Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İtaliya sahillərində iranlı miqrantların olduğu qayıq batdı: Onlarla insan həlak oldu
İtaliyanın cənubunda miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 59 miqrant ölüb, onlarla miqrant itkin düşüb.
Qayıq Kalabriya bölgəsində dənizkənarı kurortun çimərliyi yaxınlığında qayalara çırpılıb. Faciədən sonra quruda və dənizdə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı təşkil edilib.
Gəmidə Əfqanıstan, Pakistan, Somali və İrandan miqrantların olduğu qeyd edilib. İtaliya rəsmilərinin məlumatına görə, ölənlər arasında uşaq da var. Sahil Mühafizəsi qayığın qəzaya uğramasından sonra sahilə çıxmağı bacaranlar da daxil olmaqla 80 nəfərin sağ olduğunu bildirib.
Hadisə yerinə baş çəkən İtaliyanın daxili işlər naziri Matteo Piantedosi 30 nəfərin itkin düşdüyünü bildirib.
Bir neçə gün əvvəl Türkiyəni tərk edən qayıqda olanların dəqiq sayı məlum deyil.
Monitorinq qruplarının məlumatına görə, 2014-cü ildən bəri Aralıq dənizinin mərkəzində 20 mindən çox insan dənizdə ölüb və ya itkin düşüb.
Mənbə: Belta
"Əfqanıstan" teqi üzrə xəbərlər
- Pakistan "Taliban"ı ABŞ silahlarından istifadə etməkdə ittiham edir
- Əfqanıstanda qadınların camaat namazında iştirakına qadağa qoyulub
- Əfqanıstanda qar uçqunu nəticəsində üç nəfər həlak olub
- Kabildə nazirlik binasının qarşısında TERROR: İçəri daxil ola bilmədi, özünü partlatdı
- Əfqanıstanda bank PARTLADILDI: Azı beş nəfər ölüb