15 
Apr
2015
11:22
67
20
1325
Virtual karabakh

İranın müdafiə naziri Moskvaya gedir

15 Apr, 2015
11:22
1325

İranın müdafiə naziri Moskvaya gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, məruzə ilə çıxış edəcək.

İranın müdafiə naziri Hüseyn Dehqan üçgünlük səfər ilə Rusiyaya yola düşüb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, həmkarı Sergey Şoyqunun dəvəti ilə Rusiya paytaxtına gedir.

Dehqanın rusiyalı həmkarı ilə S-300 zenit-raket komplekslərinin İrana çatdırılmasının realizə məsələlərini müzakirə edəcəyi gözlənilir.

Aprelin 16-17-də Dehqan Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi 4-cü Beynəlxalq təhlükəsizlik konfransında iştirak edəcək.

İran naziri məruzə ilə çıxış edəcək, eləcə də Rusiya və beynəlxalq forumun xarici iştirakçıları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.  

Qeyd edək ki, İran müdafiə naziri 20-21 aprel tarixində Azərbaycana işgüzar səfər edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri