Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

BRICS-in üzvlərinin sayı artdı: Aralarında İran da var
BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) ölkələrinin başçıları 15-ci sammitin yekunlarına görə Yohannesburq Bəyannaməsini qəbul ediblər.
Bu barədə Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa bildirib.
Onun sözlərinə görə, sammitin yekunu olaraq təşkilat üzvləri kluba dəvət olunacaq ölkələrin siyahısını razılaşdırıblar - Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı, BƏƏ 2024-cü il yanvarın 1-dən BRICS-in tamhüquqlu üzvü olacaqlar.
Ümumilikdə təşkilata üzvlük üçün 23 dövlət müraciət edib.
Mənbə: Kommersant
"Argentina" teqi üzrə xəbərlər
- Dieqo Maradonanı müalicə edən həkimlərin məhkəməsi başlayır
- Argentinada daşqınlar azı 10 nəfərin həyatına son qoyub
- Argentina prezidentinin bacısı korrupsiyada ittiham olunur
- Argentina prezidenti altı saat ərzində LIBRA mem-tokenini yüksəltdi və "dəfn etdi"
- Argentinada 18 yaşından kiçik şəxslərlə bağlı mühüm qərar qəbul edildi
Ən çox oxunanlar