Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qabonda hərbçilər hakimiyyəti ələ keçiriblər, prezident ev dustaqlığındadır - YENİLƏNİB - FOTO/VİDEO
Hərbi qiyamın baş verdiyi Qabonda Prezident Ali Bonqo Ondimba ev dustaqlığına yerləşdirilib.
Bu barədə dövlət televiziyası məlumat verib.
“Prezident Əli Bonqo Ondimba ailəsi ilə birgə və həkimlərin nəzarəti altında ev dustaqlığındadır” - televiziyada oxunan bəyanatda qeyd olunur.
Bəyanatda həmçinin bildirilir ki, dövlət başçısının oğullarından biri dövlətə xəyanətə görə həbs edilib.
Xatırladaq ki, bu gün Qabon Silahlı Qüvvələrinin bir qrup yüksək rütbəli zabiti milli televiziya vasitəsilə hakimiyyətə gəldiklərini, avqustun 26-da keçirilmiş prezident və parlament seçkilərinin nəticələrinin ləğv edildiyini bəyan ediblər.
11:50
Qabonda hərbi çevriliş baş verib.
Bir qrup yüksəkrütbəli hərbçi “Qabon 24” telekanalında çıxış edərək, indi Mərkəzi Afrika ölkəsinə rəhbərlik etdiyini açıqlayıb.
Onlar, həmçinin hakimiyyət institutlarının buraxıldığını qeyd ediblər.
Bu, Qabon Seçki Komissiyasının Prezident Əli Bonqonun üçüncü dəfə prezident seçkisində qalib gəldiyini elan etməsindən dərhal sonra baş verib. Üsyançılar səsvermənin nəticələrini tanımayacaqlarını bildiriblər.
Hazırda Qabonun paytaxtı Librevildə atışma səsləri eşidilir.
Qeyd edək ki, keçən ay Nigerdə hərbi çevriliş baş verib və üsyançılar hakimiyyəti ələ keçiriblər.
Mənbə: “Reuters”
Mövzuya aid xəbərlər
- Nigerdə Fransa qoşunlarının geri çəkilməsi tələbi ilə etiraz aksiyası keçirilib
- Nigerdə çevriliş edən üsyançılar danışıqlara razı olduqlarını bəyan etdilər
- Nigerdə vəziyyət kəskinləşir: Minlərlə insan Fransa qoşunlarının ölkədən çıxmasını tələb edir - VİDEO
- Qərbi Afrika liderlərinin Nigerdə çevriliş edənlərə verdiyi vaxt bitdi: Hərbi müdaxilə olacaq?
- Avropa İttifaqından Nigerin yeni yaranan hakimiyyətinə bəyanat: “Tanımırıq və tanımayacağıq” - FOTO
Rəylər