27 
Sen
2023
14:18
114
52
5594
Virtual karabakh

İraqda 100-dən çox insanın həlak olduğu toydakı faciəyə görə matəm elan edildi - FOTO/VİDEO

27 Sen, 2023
14:18
5594

İraqda 100-dən çox insanın həlak olduğu toydakı faciəyə görə matəm elan edildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraqın baş naziri Məhəmməd əs-Sudani ölkənin şimalındakı Nineva əyalətinin Həmdaniya şəhərində ötən gecə baş verən yanğın qurbanlarının xatirəsinə üçgünlük milli matəm elan edib.

Bu barədə İraq Nazirlər Kabinetinin rəhbərinin mətbuat xidmətinin bəyanatında deyilir.

Eyni zamanda Nineva əyalətində birhəftəlik matəm elan edib.

Xatırladaq ki, dünən gecə Həmdaniyada 1000 nəfər qonağın olduğu toy vaxtı mərasim zalında yanğın baş verib. Son məlumatlara görə, azı 120 nəfər həlak olub, 200-dən çox (bəzi mənbələrdə 300) insan xəsarət alıb.

Həkimlər hesab edirlər ki, zərərçəkənlərin çoxunun vəziyyəti ağır olduğundan yaxın gələcəkdə qurbanların sayı arta bilər.

Əs-Sudani baş vermiş faciənin şəraiti ilə bağlı araşdırmaya başlamağı əmr edib. Faciə ilə bağlı artıq bir neçə nəfər, o cümlədən xüsusi tədbirlər üçün zalın yerləşdiyi binanın sahibi ifadə vermək üçün saxlanılıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri