Okt
2023
09:04
120
20
3449
Virtual karabakh

İlon Maskın atası: “Oğlumun bioqrafiyası cəfəngiyyatdır”

1 Okt, 2023
09:04
3449

İlon Maskın atası: “Oğlumun bioqrafiyası cəfəngiyyatdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SpaceX” və “Tesla”nın qurucusu İlon Maskın atası Errol Mask Valter İsaakson tərəfindən yazılmış milyarderin tərcümeyi-halını cəfəngiyat adlandırıb.

Söhbət “Elon Musk” adlı kitabdan gedir. 77 yaşlı cənubi afrikalı mühəndis qeyd edib ki, bu əsərdə təqdim olunan faktlar reallığa uyğun gəlmir.

Xüsusilə, o, oğlu ilə çətin münasibətlərinin iş adamının şəxsi həyatında problemlər yaratması fikrini təkzib edib.

“İlon Mask bütün sahib olduqlarına görə mənə borcludur. Bunu tam məsuliyyətilə deyirəm. Mən onun üçün əlimdən gələni etmişəm. Bu kitab doğru deyil. Bu sanki bir şou üçün materialdır. Müəllifə e-poçt göndərdim və bu barədə ona dedim”, - milyarderin atası bildirib.

Mənbə: lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri