Okt
2023
11:09
138
302
4934
Virtual karabakh

İsraildə xüsusi təhlükəsizlik vəziyyəti elan edildi - YENİLƏNİB + FOTO/VİDEO

7 Okt, 2023
11:09
4934

İsraildə xüsusi təhlükəsizlik vəziyyəti elan edildi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin müdafiə naziri Yoav Qalant şənbə günü səhər saatlarında Qəzza zolağından başlanan raket hücumları fonunda İsrailin mərkəzində və ölkənin cənubunda “xüsusi təhlükəsizlik vəziyyəti”nin tətbiqi barədə göstəriş verib.

Bu barədə İsrail Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“İsrail müdafiə strukturlarının rəhbərliyi ilə birgə vəziyyəti qiymətləndirdikdən sonra müdafiə naziri Yoav Qalant Qəzza zolağından 80 km radiusda İsrailin cəbhəarxası hissəsində “xüsusi təhlükəsizlik vəziyyəti” elan edib”, - deyə məlumatda bildirilir.

“Bu status İsrail müdafiə qüvvələrinə vətəndaşlara təhlükəsizlik təlimatı verməyə və lazımi obyektləri bağlamağa imkan verir”, - deyə nazirlik əlavə edib.

Qəzza zolağından 80 km-ə qədər radiusda olan ərazi, ölkənin Qəzza zolağına bilavasitə bitişik olan cənub bölgələrindən əlavə, İsrailin mərkəzi hissəsini, Təl-Əviv və onun ətrafı, eləcə də Qüds və Negev səhrasının ərazisi, o cümlədən Beer-Şeva şəhərini əhatə edir. 

“İsrail müdafiə qüvvələri hazırda Qəzza zolağına zərbələr endirir. Təfərrüat bundan sonra veriləcək”, - deyə məlumatda qeyd edilib.

10:12

Qəzza zolağından İsrailə raketlər atıldığına görə İsrailin baş naziri Benyamin Netanyahu yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə görüş keçirəcək.

Bundan əvvəl İsrailin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın ərazilərdə, eləcə də Təl-Əviv ərazisində hava siqnalları səslənməyə başlayıb.

Xatırladaq ki, Qəzza zolağı faktiki olaraq Fələstinin HƏMAS hərəkatının nəzarəti altındadır və İsrail onu terrorizmdə, onun təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edir.

09:25

İsrailin mərkəzi və cənub hissələri, eləcə də Qəzza zolağına bitişik ərazilərdə hava hücumu xəbərdarlığı elan edilib.

Bu barədə İsrail Müdafiə Qüvvələri “Telegram” kanalında bildiriblər.

“Qəzza zolağından İsrailə raketlər atılıb”, - deyə xəbərdə qeyd olunub.

İsrailin cənub və mərkəz sakinlərindən qorunan ərazilərin yaxınlığında qalmaları və təlimatlara əməl etmələri istənilib.

Qeyd edək ki, raket hücumu nəticəsində bir neçə nəfər yaralanıb.

Mənbə: Rbc

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri