Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İsrail antiterror əməliyyatına başlayıb: HƏMAS-ın qərargahı dağıdılıb - YENİLƏNİB + VİDEO
İsrailin Müdafiə Ordusunun hava zərbələri nəticəsində HƏMAS-ın Qəzza zolağının Tel-Elxua rayonundakı qərargahı dağıdılıb.
Bu barədə Qəzza zolağından məlumat yayılıb.
Qeyd edək ki, İsrail müdafiə naziri Yoav Qalant şənbə günü səhər saatlarında Qəzza zolağından başlanan raket hücumları fonunda İsrailin mərkəzində və ölkənin cənubunda xüsusi təhlükəsizlik vəziyyətinin tətbiqi barədə göstəriş verib.
11:56
İsrail ordusu “Dəmir qılınc” adı altında antiterror əməliyyatına başladığını elan edib.
“HƏMAS”ın hərbi qolu “İzəddin əl-Qasam briqadası”nın rəhbərliyi bildirib ki, “Əl-Aksa” əməliyyatının gedişində İsrailin 35 vətəndaşı və hərbçisini Qəzza zolağına aparıblar.
Mənbə: Times of İsrael, Yediotnews