Noy
2023
05:53
5
65
1898
Virtual karabakh

Uşaqlarda xoruldama problemi və onun həlli - HƏKİM MƏSLƏHƏTİ

8 Noy, 2023
05:53
1898

Uşaqlarda xoruldama problemi və onun həlli - HƏKİM MƏSLƏHƏTİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı otorinolarinqoloq Vladimir Zaytsev uşaqlarda xoruldama hallarından danışıb.

“Uşaqlarda xoruldama adətən adenoidlərdən qaynaqlanır, iltihab nəticəsində iki-üç dəfə böyüyür”, - deyə həkim bildirilib.

Onun sözlərinə görə, bu problemi adenoidləri müalicə etməklə həll etmək olar: “Adenoidlərin böyüməsi nəticəsində burun-udlaq tıxanır və uşaq daim xoruldayır. İltihab azaldıqca adenoidlər kiçiləcək və uşaq özünü daha yaxşı hiss edəcək”.

“Əgər adenoidlər vaxtında müalicə olunmasa və üçüncü dərəcəyə keçsə, onları çıxarmaq lazım olacaq”, - Zaytsev qeyd edib.

Mütəxəssis tövsiyə edir ki, xoruldayan nəinki uşaqlar, həmçinin böyüklər də vaxtında həkimə müraciət etməli, müalicə olunmalıdırlar.

Mənbə: vm.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri