Noy
2023
12:32
105
5
869
Virtual karabakh

Hesabat: Artıq heç kim pandemiyadan və ətraf mühitin çirklənməsindən qorxmur

8 Noy, 2023
12:32
869

Hesabat: Artıq heç kim pandemiyadan və ətraf mühitin çirklənməsindən qorxmur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələcəyin qlobal risklərinə dair onuncu hesabat dərc olunub. Tədqiqat 50 ölkədən 3,2 min ekspertin fikirləri əsasında tərtib edilib.

Mütəxəssislər qlobal iqlim dəyişikliyi ilə bağlı riskləri ön sıralara çəkiblər. Bu risklər 2015-ci ildən bəri ən yüksək yeri tutur, bircə pandemiyanın pik vaxtlarında bir qədər ikinci plana keçib. 2023-cü ildə ikinci yerdə kibertəhlükəsizliklə bağlı risklər qərarlaşıb. Artan geosiyasi gərginliyin səbəb olduğu təhlükələr isə üçüncü mövqedə yer alır.

Artıq ictimaiyyət yeni pandemiya təhlükəsini və ya fərdi terror təhlükəsini ciddi qəbul etmir. Qeyd edək ki, ekspertlər əmindirlər ki, bəşəriyyət bütün çətinliklərin öhdəsindən gəlmək və kollektiv tərəqqiyə nail olmaq üçün bütün zəruri resurslara malikdir.

Mənbə: Kp.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri