Rusiyanın Rostov vilayətində Azov dənizinə düşən pilotsuz uçuş aparatı (PUA) balıqçının toruna ilişib.
Səhər saatlarında Port-Katon kəndinin 47 yaşlı sakini Taqanroq körfəzində balıq tutmaq istəyib. O, toru sudan çıxarmaq istədikdə orada PUA-nın olduğunu görüb. Balıqçının lentə aldığı kadrlarda suyun səthində ağ rəngdə korpusu olan PUA görünür.
PUA-nın kimə məxsus olduğu və dənizə nə zaman düşdüyü ilə bağlı dəqiq məlumat verilmir. Balıqçı tapıntı barədə polisə məlumat verdikdən sonra PUA Federal Təhlükəsizlik Xidməti tərəfindən müsadirə olunub.
Rusiyada balıqçının toruna PUA düşdü - VİDEO
Mənbə: Lenta.ru
Rəylər