30 
Noy
2023
06:45
54
19
4445
Virtual karabakh

Finlandiyada məşhur “İblisin kilsəsi” mağarasının sirri açıldı - FOTO/VİDEO

30 Noy, 2023
06:45
4445

Finlandiyada məşhur “İblisin kilsəsi” mağarasının sirri açıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Finlandiyada alimlər Koli Milli Parkındakı məşhur Pirunkirkko mağarasının sirrini açıblar və bu mağara ziyarətçilərə qəribə təsirinə görə “İblisin kilsəsi” adını alıb.

Pirunkirkkoda olmuş insanlara çox vaxt elə gəlir ki, onlar yerin altında ruhlar dünyası ilə təmasa girir və hətta iblislə söhbət edə bilirlər. Fin folklorunda bu mağaranı qədim zamanlarda müdriklərin adi dünyadan kənara baxmaq üçün toplaşdığı yer adlandırırdılar.

“Folklora görə, (həkim) Kinolaynen xəstələri bu “kilsəyə” aparırdı ki, iblislə onların xəstəliklərinin səbəbləri barədə danışsın. Bu müalicəvi rituala yüksək səslə qışqırma, ayaq tappıltısı, atəş açma və zərbələr daxil idi”, - deyə Şərqi Finlandiya Universitetindən Riitta Raynio bildirib.

İndi tədqiqatçılar müəyyən ediblər ki, ruhlar aləmi ilə təmas hissi bəzi yerlərdə mağaranın hamar, paralel divarlarının 231 Hz tezliyində səslərlə rezonans yaratmağa başlaması və daimi dalğa effekti yaratması səbəbindən yaranır. Bu, ilkin səslə əks olunan səsin toqquşması və bir-biri ilə qarşılıqlı əlaqədə olmasıdır. Səsdən sonra rezonans təxminən bir saniyə davam edir. Bu effektə çox vaxt təbii qurğularda rast gəlinir, lakin təbii mağaralarda bu hal nadirdir.

Araşdırma zamanı alimlər, xüsusən də “İblisin kilsəsi”nə nağara çalmağa gələn şamanları qeydə alıblar. Məlum olub ki, alətlər əksər hallarda 231 Hz tezlikli səslər çıxarır, bu səslər mağaranın damı tərəfindən gücləndirilir və başqa varlığın yaxınlıqda olması hissi yaradır.

Mənbə: Daily Mail

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri