Dek
2023
06:00
20
147
2079
Virtual karabakh

Şri-Lankadan Rusiyaya uçan təyyarədə təhlükəli yoluxucu xəstəlik aşkarlandı - FOTO

1 Dek, 2023
06:00
2079

Şri-Lankadan Rusiyaya uçan təyyarədə təhlükəli yoluxucu xəstəlik aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Aeroflot” şirkətinin Şri-Lankadan gələn təyyarəsi Şeremetyevo hava limanına enib.

Sərnişinlərdən birində yüksək yoluxucu Denge qızdırmasının əlamətləri aşkarlanıb.

Əldə edilən məlumata görə, kişi hələ uçuş zamanı özünü pis hiss edib. Təyyarə eniş edən kimi göyərtəyə həkimlər çağırılıblar. Həkimlərlə birlikdə göyərtəyə fotoaparatları və termal görüntü cihazları olan insanlar da qalxıblar.

Mütəxəssislər yoluxucu xəstəliyin daşıyıcısı ola biləcək şəxsi müayinə edib, infeksiyanın daşıyıcısına çevrilə biləcək bütün sərnişinlərin şəkillərini çəkib və temperaturlarını ölçüblər.

Xəstə infeksiya əleyhinə kostyumlar geyinmiş şəxslər tərəfindən təyyarədən endirilib. Daha sonra bütün sərnişinlərdən özlərini pis hiss edəcəkləri təqdirdə dərhal təcili yardıma məlumat vermələri xahiş olunub.

Uçuş bələdçiləri təyyarənin enişindən dörd saat əvvəl həkimləri xəbərdar ediblər. Kişi digər sərnişinlərdən təcrid edilib, ona ayrıca ayaqyolu təqdim olunub və diqqətdə saxlanılıb. Enişdən sonra sərnişinlər növbəti xəbərdarlığa qədər daha bir saat təyyarədə saxlanılıblar.

Qeyd edək ki, Denge qızdırması (“sümükqıran qızdırma”) insanlara ağcaqanadlar vasitəsilə ötürülən virus infeksiyasıdır. Daha çox Asiya, Afrika və Latın Amerikasında yayılıb. Bəzi hallarda qızdırma ağır xəstəliyə səbəb ola və hətta ölümlə də nəticələnə bilər.

Mənbə: “Mash” “Telegram”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri