Dek
2023
16:46
42
279
4227
Virtual karabakh

Moskvada azərbaycanəsilli iş adamlarına məxsus bazarda baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB + VİDEO

1 Dek, 2023
16:46
4227

Moskvada azərbaycanəsilli iş adamlarına məxsus bazarda baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvanın cənub-şərqindəki “Sadovod” bazarında baş verən yanğın 600 kvadratmetr ərazidə lokallaşdırılıb.

Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilir ki, hazırda 10 pavilyonda üçmərtəbəli konteynerlər yanır.

13:21

Rusiyanın paytaxtı Moskvada azərbaycanəsilli iş adamlarına məxsus “Sadovod” bazarında yanğın baş verib.

Hadisə barədə sosial şəbəkənin Rusiya seqmentində informasiya yayılıb.

Bildirilir ki, yanğın ikinci çətinlik səviyyəsində qiymətləndirilib.

İlkin məlumata görə, iki nəfər xəsarət alıb. Bazarı tüstü bürüyüb.

Bildirilir ki, yanğın 20-ci sıradakı 86-cı pavilyonda başlayıb. Yanğın 150 kvadratmetr sahəni əhatə edir. Onun ikinci mərtəbədəki anbar hissəsinə keçmək ehtimalı böyükdür.

Hazırda təxliyə işləri aparılır.

Qeyd edək ki, Moskva Dairəvi Yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarı azərbaycanəsilli iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşşad” şirkətinə məxsusdur.

 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri