“Taliban” Əfqanıstanda təyyarə qəzasından xilas olanların görüntülərini paylaşıb. Kadrlarda Bədəxşandan aparılan axtarış-xilasetmə əməliyyatı əks olunub.
Məlumata görə, “Falcon 10”un qəzasından sağ qalan dörd nəfər (həkimlər İqor Sıvorotkin və Pavel Popov, pilotlar Dmitri Belyakov və Arkadi Qraçov) Kabil xəstəxanasına aparılıb, orada həkimlər tərəfindən müayinə olunublar. Onların həyatı təhlükədə deyil. Heyət üzvləri üçün artıq Rusiyadan təyyarə göndərilib.
Sərnişinlər - biznesmen Anatoli Yevsyukov və onun həyat yoldaşı barədə məlumat verilmir. Onlar rəsmi olaraq itkin düşmüş şəxslər siyahısındadır (Bundan əvvəl TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla onların öldüyünü xəbər vermişdi).
“Taliban” təyyarə qəzasında xilasetmə əməliyyatının görüntülərini paylaşdı - YENİLƏNİB + FOTO/VİDEO
Rusiya Tur-operatorları Assosiasiyasının (ATOR) məlumatına görə, biznes-jetin göyərtəsində dörd ekipaj üzvü (ikisi tibb işçisi) və iki sərnişin - Volqodonskdan (Rusiya) evli cütlük (Anna və Anatoli Yevsyukovlar) olublar. Onlar ötən il dekabrın ortalarından Tailandda istirahət ediblər. Qadın orada ağır xəstələnib və Pattayadakı klinikalardan birində müalicə olunub. Daha sonra o, ağciyərlərin süni ventilyasiyası cihazına qoşulub və müalicənin davamı üçün Rusiyaya aparılmasına qərar verilib.
Anatoli Yevsyukov sahibkar və Volqodonsk bazarlarının yaradıcısı olub. 2014-cü ildə iş adamı “Don bölgəsinin rifahı naminə rəşadətli əməyə görə” medalı ilə, üç il sonra isə rayon rəhbərinin “Mərhəmət və xeyriyyəçiliyə görə” döş nişanı ilə təltif edilib.
Evli cütlüyün həlak olduğu ehtimal edilir.
Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, cütlüyü müşayiət edən həkimlər və təyyarə heyəti sağ qala bilib. Xilas olanlardan biri - tibb işçisi İqor Sıvorotkin yaxınlıqdakı kəndə çataraq kömək istəyib.
Sağ qalanlar “Taliban” hərəkatının nümayəndələrinə təhvil veriliblər.
Bunu “Taliban”ın Bədəxşan qubernatorunun mətbuat katibi Zəbihullah Amiri təsdiqləyib. Həmçinin qeyd olunub ki, xəsarət alanlara lazımi köməklik göstərilir.
Mənbə: Lenta.ru
Rəylər