Fev
2024
02:00
96
23
988
Virtual karabakh

Moldovada NATO-nun informasiya mərkəzinin binasının qapıları yandırılıb - FOTO/VİDEO

9 Fev, 2024
02:00
988

Moldovada NATO-nun informasiya mərkəzinin binasının qapıları yandırılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moldovanın paytaxtı Kişineuda NATO-nun informasiya mərkəzinin yerləşdiyi binanın qapıları yandırılıb.

Bu barədə həmin ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Müfəttişliyi məlumat verib.

“Hadisə yerinə gələn iki ekipaj, Mateyeviç küçəsindəki binanın qapılarının yandığını müəyyən edib. Binada NATO-nun məlumat mərkəzi yerləşir. Yanğın söndürülüb, tələfat yoxdur”, - deyə qurumun mətbuat katibi Liliana Puşkas bildirib.

Onun sözlərinə görə, hadisənin səbəbləri polis tərəfindən müəyyən edilir.

Qeyd edək ki, Moldova neytral statusa malikdir, lakin 1994-cü ildən NATO ilə fərdi tərəfdaşlıq planı çərçivəsində əməkdaşlıq edir. Sorğuların nəticələrinə görə, əhalinin əksəriyyəti respublikanın alyansa qoşulmasının əleyhinədir və konstitusiyada nəzərdə tutulan daimi bitərəflik statusunun saxlanmasının tərəfdarıdırlar. 

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri