13 
Fev
2024
12:04
115
27
2635
Virtual karabakh

Zəngilan istiqamətində təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublar - VİDEO

13 Fev, 2024
12:04
2635

Zəngilan istiqamətində təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Azərbaycanın Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublar.  

Məlumatı Ermənistan mətbuatı yayıb.

Xatırladaq ki, hələ bir müddət əvvəl Azərbaycan-Ermənistan şərti sərhədində Ermənistan tərəfindən terrorçuların yerləşdirməsinə dair müxtəlif xəbərlər dərc edilirdi.

Məlumat üçün əlavə edək ki, Ermənistanda fəaliyyət göstərən “Yerkrapa” (ermənicə - “Yurdun qoruyucuları”) Birinci Qarabağ müharibəsinin iştirakçıları tərəfindən yaradılmış Ermənistan qeyri-hökumət təşkilatıdır. Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılmış təşkilatın tərkibi altı min erməni vətəndaşından ibarətdir. “Yerkrapa”nın üzvləri Birinci Qarabağ müharibəsində fəal iştirak ediblər. Təşkilatın fəaliyyəti Azərbaycanda terror təşkilatı kimi qiymətləndirilir.

 Mənbə: Caliber

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri