22 
Fev
2024
16:12
62
43
2441
Virtual karabakh

ABŞ BMT-nin əzab kimi tanıdığı edam üsulundan əl çəkmir: Daha bir məhbusa işgəncə veriləcək - FOTO

22 Fev, 2024
16:12
2441

ABŞ BMT-nin əzab kimi tanıdığı edam üsulundan əl çəkmir: Daha bir məhbusa işgəncə veriləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daha bir amerikalı məhbus azotdan istifadə edilərək edam edilə bilər.

Məlumata görə, Alabama Baş Prokurorluğu 1999-cu ildə üç nəfəri öldürən 59 yaşlı Alan Yucin Millerə qarşı hökmün icrasının bu üsulla həyata keçirilməsi üçün Ali Məhkəməyə müraciət edib.

Qeyd olunur ki, hüquq müdafiəçiləri bu edam növü ilə bağlı konsensusa gələ bilmirlər. Təmiz azotla edam edilən ilk məhbus Kennet Smitdə qeydə alınan tutmalar və qıcolmalar onlarda tərəddüd yaradıb.

Artıq ölüm cəzasına məhkum edilmiş məhbuslar da eksperimental üsulu qadağan etmək üçün müraciət ediblər.

“İnsanlar üzərində aparılan ilk təcrübənin nəticələri alınıb. Onlar göstərir ki, azotla boğulma, gözlənildiyi kimi, tez və ağrısız edam üsulu deyil, əksinə, əzablıdır”, - deyə ərizədə bildirilir.

Bu səbəbdən Millerin cəzasının icra tarixi ətrafında qızğın müzakirələr gedir.

Xatırladaq ki, azot qazından istifadə etməklə tarixdə ilk edam 2024-cü il yanvarın 25-də ABŞ-də baş tutub. Sifarişlə qadın öldürməkdə təqsirli bilinən 58 yaşlı Kennet Yucin Smit bu üsulla öldürülüb.

Daha sonra Alabama ştatının İslah Departamentinin komissarı Con Hamm jurnalistlərə bildirib ki, məhkum edam zamanı nəfəsini tutmağa çalışıb və mübarizə aparıb. Hammın sözlərinə görə, azot təxminən 15 dəqiqə ərzində Smitin bədəninə daxil olub. Alabama ştatının baş prokuroru Stiv Marşal isə edamın təxminən 30 dəqiqə çəkdiyini bildirib.

Qeyd edək ki, bu edam növü BMT-nin narazılığına səbəb olub. Təşkilatın İnsan Haqları üzrə Ali Komissarlığı hadisəni pisləyib və bunu qeyri-insani rəftar, işgəncə kimi təsnif edib.

Mənbə: Associated Press

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri