23 
Fev
2024
03:42
68
52
1869
Virtual karabakh

ABŞ-də ikinci dəfə begemotun prezidentliyə namizədliyi irəli sürülüb – FOTO/VİDEO

23 Fev, 2024
03:42
1869

ABŞ-də ikinci dəfə begemotun prezidentliyə namizədliyi irəli sürülüb – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Texas ştatından olan San Antonio zooparkının sakini – begemot Timoti yenidən ABŞ prezidentliyinə namizəd olacaq.

Sosial şəbəkələrdə Texas ictimaiyyətinin sevimli begemotu Timotinin ABŞ prezidentliyinə namizədliyinin irəli sürülməsi mərasimindən videolar yayılıb.

Qeyd olunur ki, məməli artıq 4 il əvvəl bu vəzifəyə namizədliyini irəli sürüb və hətta o zaman teledebata dəvət olunmamasından şikayətlənib. Bununla belə, o, hələ də bir neçə min abunəçisi olan bloqunda 2020-ci ildə qalib gələn rəqibi Co Baydeni təbrik edib.

Ötən gün çoxsaylı pərəstişkarlarının və jurnalistlərin iştirakı ilə yenidən zooparkda onun namizədliyinin irəli sürülməsinə dair təntənəli mərasim keçirilib və burada onun təsvirləri olan köynəklər də satılıb. Əldə olunan pul vəsaitinin Timotinin seçki kampaniyasına sırf olunacağı ehtimal olunur. Hər halda o, yarışda gələcək rəqiblərindən xeyli gənc görünür.

Mənbə: newizv.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri