23 
Fev
2024
20:30
22
393
5137
Virtual karabakh

İspaniyada yaşayış binasındakı yanğın nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB + VİDEO

23 Fev, 2024
20:30
5137

İspaniyada yaşayış binasındakı yanğın nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın Valensiya şəhərində baş verən yanğında azı 10 nəfər ölüb.

Bu barədə ölkə mətbuatı məlumat yayıb.

Bundan əvvəl dörd nəfərin öldüyü, 15 nəfərin yaralandığı və 14 nəfərin itkin düşdüyü barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Valensiyada çoxmərtəbəli binada yanğın fevralın 22-də axşam saatlarında başlayıb. Yanğının səbəbi hələlik məlum deyil.

Mənbə: TASS

10:17

Valensiya şəhərində baş verən yanğın nəticəsində azı dörd nəfər həlak olub.

Bu barədə yerli Fövqəladə Hallar üzrə Koordinasiya Mərkəzinin “X” səhifəsində məlumat verilib.
Bildirilir ki, binanın xüsusiyyətləri yanğını söndürməyə imkan vermir. 

“Yanğınsöndürənlərin binaya daxil olmasının nə vaxt təhlükəsiz olacağı məlum deyil”, - deyə məlumatda vurğulanıb.

Yerli mediada yayılan məlumata görə, yanğın zamanı azı 14 nəfər yaralanıb, 19 nəfər isə itkin düşüb.

Yanğın 14 mərtəbəli binanın dördüncü mərtəbəsində başlayıb. Alüminiumdan hazırlanmış üzlük və sintetik izolyasiya örtüyü alovun sürətlə yayılaraq təxminən yarım saat ərzində bütün binanı bürüməsinə səbəb olub. 

Qeyd edək ki, bu yanğın Valensiya tarixində ən dəhşətli yanğın hesab olunub.

02:01

İspaniyanın Valensiya şəhərinin Kampanar məhəlləsində 14 mərtəbəli binada yanğın baş verib.

Yanğın sürətlə böyüyərək binanı əhatə edib.

Səlahiyyətlilər yanğında 7 nəfərin yaralandığını və çoxlu sayda insanın xilas edildiyini açıqlayıb. Yaralılar üçün bina ilə üzbəüz səhra xəstəxanası yaradılıb.

Yanğın binaya bitişik digər tikiliyə keçdiyi üçün əhali ərazidən uzaq durmağa çağırılıb. Hadisə şahidləri yanğının sürətlə genişləndiyini və buna binanın üzlük materialının səbəb ola biləcəyini bildiriblər.

Binada 130-dan çox mənzilin olduğu vurğulanıb.

Mənbə: İHA

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri