24 
Fev
2024
15:22
103
15
928
Virtual karabakh

Argentinada qubernator prezidenti iğtişaşla hədələyib

24 Fev, 2024
15:22
928

Argentinada qubernator prezidenti iğtişaşla hədələyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentinanın Çubut əyalətinin qubernatoru İqnasio Torres ölkə Prezidenti Xavyer Mileyi regiona lazımi vergi gəlirləri daxil olmasa, neft və qaz tədarükünü dayandıracağı ilə hədələyib.

Torres bu barədə sosial şəbəkə hesabında yazıb.

“Cənab Prezident, sizə demək istəyirəm ki, başqalarından fərqli olaraq sizdən qorxmuram. Biz sizin hədələrinizə və təzyiqlərinizə boyun əyməyəcəyik. Sona qədər Çubut xalqını müdafiə edəcəyəm. Siz ölkəni argentinalıların maraqlarını nəzərə alaraq idarə etməlisiniz, ona görə onlar sizə səs verdilər. Mən əyalətimin maraqlarını qorumaq üçün seçilmişəm və bunu da edəcəyəm”, - deyə o bildirib.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri