24 
Fev
2024
18:10
34
208
1353
Virtual karabakh

Hindistanda dəhşətli qəza: Səkkizi uşaq olmaqla azı 22 nəfər ölüb - FOTO

24 Fev, 2024
18:10
1353

Hindistanda dəhşətli qəza: Səkkizi uşaq olmaqla azı 22 nəfər ölüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın Uttarakxand ştatında dəhşətli qəza baş verib.

Zəvvarları daşıyan qoşqulu traktor yol kənarındakı gölməçəyə aşıb. Nəticədə səkkizi uşaq olmaqla azı 22 nəfər ölüb.

Bu barədə yerli administrasiyanın nümayəndəsi Radjiv Aqraval məlumat verib.

Hadisə Kascanq kəndi yaxınlığında baş verib. İlkin məlumata görə, traktorun sürücüsü əks istiqamətdə hərəkət edən avtomobillə toqquşmaqdan yayınmağa çalışıb, nəticədə yoldan çıxaraq qoşqu ilə birlikdə yol kənarındakı gölməçəyə yuvarlanıb.

“Mövcud məlumatlara görə, 22 nəfər ölüb, 5 nəfər yerli xəstəxanalardadır, 2 nəfər artıq evə buraxılıb. Təxminən 10 nəfər yaralanıb”, - deyə Aqraval jurnalistlərə bildirib.

Məlumata görə, zəvvarlar yerli dini bayram münasibətilə Haridvar şəhərinə gedirmişlər. Onlar hindular üçün müqəddəs sayılan Qanq çayının sularına girməyi planlaşdırıblar.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri