29 
Fev
2024
02:57
90
25
1189
Virtual karabakh

Maltada 15 yaşlı yeniyetmə yerli şura seçkisində namizəd olub - FOTO

29 Fev, 2024
02:57
1189

Maltada 15 yaşlı yeniyetmə yerli şura seçkisində namizəd olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maltalı yeniyetmə İsak Kataniya De Covanni Fqura şəhərinin yerli şurasına seçkilərə hazırlaşır.

Qeyd olunur ki, onun hazırda cəmi 15 yaşı var. O, yerli şura seçkisində iştirak edən ən gənc namizəddir.

Yeniyetmə Respublika İşçi Partiyasından (PL) namizədliyini irəli sürür. Onun anası hazırkı PL deputatı Katya De Covanni, babası isə Fqura şəhərinin keçmiş meri Entoni De Covannidir.

“Mən tez-tez anamla parlamentə gedirdim və yerli idarəetmə məsələləri ilə bağlı parlamentin katibi Alison Zerafa Çivelli ilə danışırdım. O, mənim seçkilərdə iştirak etmək istəyimi dəstəkləyib”, - oğlan siyasətə olan həvəsi haqqında deyib.

Kataniya De Covanninin Fquranın meri postunu tutmaq şansına malik olduğu və bununla da Malta tarixinin ən gənc meri ola biləcəyi vurğulanır.

Mənbə: rossaprimavera.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri