29 
Fev
2024
12:24
95
13
2409
Virtual karabakh

Ağ Evin həkimi Baydenin xəstəliklərindən danışdı: “Bədəninin bəzi hissələrində...”

29 Fev, 2024
12:24
2409

Ağ Evin həkimi Baydenin xəstəliklərindən danışdı: “Bədəninin bəzi hissələrində...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Co Bayden bir sıra xəstəliklərdən, o cümlədən yuxu apnesi (yuxuda nəfəs kəsilməsi - red.), hiperlipidemiya (qanda triqliseridlərin və xolesterinin həddindən artıq yüksək cəmləşməsi) və onurğa artritindən əziyyət çəkir.

Bu barədə Ağ Evin həkimi, terapevt Kevin O`Konnor ABŞ liderinin illik müayinəsinin nəticələrinə əsasən bildirib.

Qeyd edilib ki, bu xəstəliklərin bəziləri yaddaşın pozulmasına, iş qabiliyyətinin azalmasına və intellektin pisləşməsinə səbəb olur.

“Həmçinin, Baydenin bədəninin bəzi hissələrində lentiqo və aktinik dəyişikliklər var (dəridə ləkələr - red.)”, - deyə həkim əlavə edib.

Bundan əlavə, Baydendə qastroezofagial reflüks xəstəliyi aşkarlanıb. Bu, mədə-bağırsaq traktının xəstəliklərindən biridir.

Mənbə: NEWS.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri