Mar
2024
17:58
32
51
775
Virtual karabakh

Tehranda seçki məntəqəsində bıçaqlı hücum: Yaralananlar var

1 Mar, 2024
17:58
775

Tehranda seçki məntəqəsində bıçaqlı hücum: Yaralananlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tehranda seçki məntəqəsində insanlara bıçaqlı hücum olub.

Bu barədə Tehran valisinin təhlükəsizlik üzrə müavini Mohsen Naibi xəbər verib.

Onun sözlərinə görə, hadisə Darabad məntəqəsində qeydə alınıb.

Hücum zamanı üç nəfər yaralanıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib və onların vəziyyətləri ağır qiymətləndirilir. Birinin həyatı üçün təhlükə olmasa da, həkimlərin sözlərinə görə, o, gözünü itirə bilər.

Hücum edən şəxs saxlanılıb. Hadisə ilə bağlı istintaqa başlanılıb.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən İranın bütün əyalətlərində Dini Ekspertlər Şurası Məclisinə (Məclise-Şuraye-Xübreqan) və İran Məclisinə seçkiyə start verilib.

Mənbə: Iscanews.ir

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri