Mar
2024
08:59
30
42
1554
Virtual karabakh

Mask tanınmış şirkəti məhkəməyə verib

2 Mar, 2024
08:59
1554

Mask tanınmış şirkəti məhkəməyə verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı iş adamı İlon Mask “OpenAI” və onun baş direktoru Sem Altmana qarşı məhkəmə iddiası qaldırıb və qərarını şirkətin ilkin missiyasından imtina etməsi ilə izah edib.

Qeyd olunur ki, məhkəmə araşdırmasının əsas səbəbi biznesmenin “OpenAI”nin maliyyələşmə mənbələrindən narazılığı olub: Maskın iştirak etdiyi startap qeyri-kommersiya açıq mənbəli proqram təminatı layihəsi kimi düşünülüb. O, “Microsoft”dan vəsait almağı müqavilə şərtlərinin pozulması və şirkətin dəyərlərinin sarsıdılması kimi qiymətləndirir.

Mask “OpenAI”nin texnologiya və araşdırmalarını ictimaiyyətə təqdim etməli olduğuna dair məhkəmə qərarına nail olmaq istəyir. Biznesmenin fikrincə, bu, “Microsoft” və ya müəyyən şəxslərin xeyrinə layihənin daha da kommersiyalaşdırılmasının qarşısını almağa kömək edəcək. Biznesmenin digər tələbi yeni “GPT-4” modellərinin (2023-cü ilin martında buraxılmış dil modeli) ümumi (və ya güclü) süni intellektə yaxın kimi tanınmasıdır. Beləliklə, bu modellər artıq “Microsoft” lisenziyasına tabe olmayacaq və kütləvi istifadəçi üçün daha açıq olacaq.

Mənbə: Reuters

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri