Mar
2024
12:44
41
24
1244
Virtual karabakh

ABŞ Ali Məhkəməsi Trampla bağlı qərar verdi: Seçkidə iştirak edə biləcəkmi?

5 Mar, 2024
12:44
1244

ABŞ Ali Məhkəməsi Trampla bağlı qərar verdi: Seçkidə iştirak edə biləcəkmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Ali Məhkəməsi belə qənaətə gəlib ki, ayrı-ayrı ştatların hakimiyyətləri Donald Trampın federal seçkidə taleyini həll edə bilməz.

ABŞ ali məhkəmə instansiyası bununla bağlı konstitusiyaya edilən düzəlişə istinad edib və bildirib ki, buna əsasən, prezident seçkisinə buraxılmaq məsələsinə ayrı-ayrı ştatlar deyil, konqres məsuliyyət daşıyır.

“Biz belə qənaətə gəldik ki, ştatlar yerli hakimiyyət orqanlarında vəzifə tutmaq istəyən şəxslərə icazə verməyə bilər. Lakin konstitusiyaya əsasən, ştatların federal seçkidə, xüsusən də prezident seçkisində bunu tətbiq etmək səlahiyyəti yoxdur”, - deyə ABŞ Ali Məhkəməsinin qərarında bildirilib.

Beləliklə də hakimlər Trampın Kolorado, Men və İllinoys ştatlarında seçkiyə buraxılmaması ilə bağlı qərarı ləğv ediblər.

Mənbə: NEWS.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri