Mar
2024
12:24
63
10
1436
Virtual karabakh

Ceff Bezos İlon Maskın birinciliyini əlindən aldı

5 Mar, 2024
12:24
1436

Ceff Bezos İlon Maskın birinciliyini əlindən aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Amazon”un qurucusu Ceff Bezos 2021-ci ildən bəri ilk dəfə dünyanın ən varlı adamları reytinqində birinci yeri tutub.

Bu barədə “Bloomberg”in dərc etdiyi milyarderlər indeksindən (“Bloomberg Billionaires Index”) məlum olub.

Reytinqə görə, Bezosun sərvəti son 24 saat ərzində 500 milyon dollar azalıb. Bununla belə, hazırda onun varidatı 200 milyard dollar qiymətləndirilir.

İkinci yerdə sahibkar, “Tesla”nın icraçı direktoru və “X” sosial şəbəkəsinin sahibi İlon Mask qərarlaşıb. Onun sərvəti 198 milyard dollar qiymətləndirilir.

İlk üçlüyü LVMH (“Louis Vuitton Moet Hennessy”) şirkətlər qrupunun sahibi fransalı Bernard Arno tamamlayıb. Onun sərvəti bir gecədə 197 milyard dollara düşüb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri