23 
Mar
2024
12:30
112
21
5734
Virtual karabakh

Tacikistandan “Crocus”da terror aktında vətəndaşlarının əli olması ilə bağlı məlumatlara reaksiya

23 Mar, 2024
12:30
5734

Tacikistandan “Crocus”da terror aktında vətəndaşlarının əli olması ilə bağlı məlumatlara reaksiya

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tacikistan hökuməti öz vətəndaşlarının “Crocus City Hall”da törədilən terror aktında iştirakına dair Rusiyadan məlumat almayıb.

Bu barədə Tacikistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Tacikistan tərəfi hazırda Tacikistan vətəndaşlarının iştirakı ilə bağlı yayılan saxta məlumatla bağlı Rusiyanın rəsmi hakimiyyət orqanlarından təsdiq almayıb. Rusiyanın dövlət qurumları tərəfindən yayılan rəsmi məlumatlara istinad etməyinizi xahiş edirik”, - deyə bəyanatda bildirilir.

Nazirlik vurğulayır ki, yoxlanılmamış və etibarsız məlumatların dərci xaricdə yaşayan Tacikistan vətəndaşlarına zərər verə bilər.

“Biz bu aktda Tacikistan vətəndaşlarının və ya taciklərin iştirakı ilə bağlı məlumatların yayılmasına məsuliyyətlə yanaşılmasının zəruri olduğuna diqqət çəkirik”, - deyə onlar əlavə ediblər.

Mənbə: “Sputnik” Tacikistan

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri