Rusiyalı sənətçi Alla Puqaçovanın xarici agent kimi tanınması proseduruna başlanılıb.
Bu barədə Rusiya Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin özünün “Telegram” kanalında məlumat verib.
V.Borodinin sözlərinə görə, A.Puqaçovanın xarici agent kimi tanınması ilə bağlı Rusiya Baş Prokurorluğu Ədliyyə Nazirliyinə müvafiq müraciət göndərib.
Qeyd edək ki, Alla Puqaçova Ukrayna ilə Rusiya arasında başlayan müharibədən qısa müddət sonra ölkəsini tərk edib. O, Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləməyib. A.Puqaçova ailəsi ilə İsrailə köçüb. A.Puqaçovanın həyat yoldaşı, tanınmış şoumen Maksim Qalkin də Ukrayna ilə müharibənin əleyhinə çıxdığı üçün Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb.
Rəylər