Apr
2024
17:04
10
69
1018
Virtual karabakh

Türkiyədə gecə klubundakı yanğında ölən DJ-in atası qaranlıq məqamlardan danışdı: “Çənəsində yara vardı”- FOTO

3 Apr, 2024
17:04
1018

Türkiyədə gecə klubundakı yanğında ölən DJ-in atası qaranlıq məqamlardan danışdı: “Çənəsində yara vardı”- FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərində gecə klubundakı yanğında həyatını itirən DJ-in atası oğlunun ölümü ilə bağlı qaranlıq qalan məqamlardan danışıb.

Ölən 47 yaşlı DJ Gökay Tevlekin cənazəsini təhvil alan atası Yüksel Tevlek Ədliyyə Tibb Qurumunun qarşısında göz yaşlarını saxlaya bilməyib.

“Oğlumun çənəsində yara var, zəhərlənmə falan deyil. Nə baş verdiyini biz də sizin qədər bilirik. Oğlumun 47 yaşı var idi. DJ-lik edirdi. Orada təmir işi gedirdi. Oğlum da nəzarət edirdi. Həkimin dediyinə görə, pis vəziyyətdə olub. Çox mübarizə apardıq, lakin xilas edə bilmədik. Səhlənkarlıq olub-olmadığını bilmirəm”, - deyə o bildirib.

Xatırladaq ki, İstanbulun Beşiktaş səmtində yerləşən gecə klubunun təmiri zamanı baş verən yanğında 29 nəfər həyatını itirib.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri