Apr
2024
17:08
16
50
1174
Virtual karabakh

Zaxarova “Crocus” terroru ilə bağlı ABŞ-nin xəbərdarlığı iddiasına münasibət bildirdi

3 Apr, 2024
17:08
1174

Zaxarova “Crocus” terroru ilə bağlı ABŞ-nin xəbərdarlığı iddiasına münasibət bildirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb mətbuatında “Crocus City Hall”dakı terror aktından iki həftə əvvəl ABŞ-nin Rusiyaya mümkün hücum barədə xəbərdarlıq göndərdiyini barədə xəbərləri saxtakarlıq adlandırıb.

Onun sözlərinə görə ABŞ-nin saxta məlumatlar yayıb, sonra da öz bəyanatlarından imtina etməsinə çox öyrəşib, bu səbəbdən qarşı tərəfdən bu mövzuda faktoloji material tələb edilməsini istərdi.

Zaxarova, həmçinin konsert zalında gözlənilən terror aktı ilə bağlı ABŞ-dən “bu məlumatı nə vaxt və kimə ötürdüklərini” öyrənməyi xahiş edib.

Qeyd edək ki, bundan əvvəl “The Washington Post” yerli rəsmilərə istinadla ABŞ-nin terror aktından iki həftə əvvəl Rusiyaya “Crocus”un terrorçuların potensial hədəflərindən biri olduğu barədə məlumat verdiyini yazmışdı.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri