Apr
2024
18:00
139
12
802
Virtual karabakh

Zaxarova: “Qərb Ermənistana Rusiyaya qarşı çıxmaq üçün çağırış edir” - VİDEO

3 Apr, 2024
18:00
802

Zaxarova: “Qərb Ermənistana Rusiyaya qarşı çıxmaq üçün çağırış edir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qərb ölkələri Ermənistanı Rusiya ilə qarşıdurmaya hazırlaşmaq üçün hərbi-sənaye kompleksinə sponsorluq etməyə çağırır”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.

“Avropa İttifaqının Ermənistandakı missiyası qərblilərin səyləri nəticəsində mahiyyətcə NATO missiyasına çevrilir. Onlar (Qərb) Ermənistanı hərbi-sənaye kompleksinə sərmayə qoymağa çağırırlar”, - deyə o bildirib.

Zaxarovanın sözlərinə görə, NATO blokunun liderləri anti-Rusiya isteriyasını qızışdırır, Rusiya ilə hərbi münaqişəyə hazırlaşmağa çağırır, həmçinin Avropanın özündəki aşkar iqtisadi problemlər fonunda İrəvanı hərbi-sənaye kompleksinə külli miqdarda vəsait yatırmağa sövq edirlər.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri