Apr
2024
19:47
207
21
1353
Virtual karabakh

Blinkenin təyyarəsi Fransada xarab oldu, avtomobillə səfərə yollandı

3 Apr, 2024
19:47
1353

Blinkenin təyyarəsi Fransada xarab oldu, avtomobillə səfərə yollandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin dövlət katibi Antoni Blinkenin “Boeing 737” təyyarəsi Fransada xarab olub.

Təyyarədə texniki nasazlıqlar olduğu bildirilib. ABŞ nümayəndə heyəti Parisdən NATO-nun Brüsseldəki mənzil-qərargahına avtomobillə gedib.

Qeyd edək ki, Fransa və Belçika paytaxtları 190 mil (təxminən 300 km) məsafədədir.

Xatırladaq ki, ABŞ dövlət katibinin təyyarəsində əvvəllər də problemlər yaranıb. Yanvar ayında Blinkenin “Boeing”i Davosdan havaya qalxarkən oksigen sızması aşkar edilib. Nasazlığı təmir etmək mümkün olmadığı üçün təyyarə uçuş üçün təhlükəli elan olunub.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri