Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini təsdiqləyib
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 15-ci sanksiya paketini qəbul edib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Aİ Şurasının Xarici İşlər Nazirləri səviyyəsində bəyanatında deyilir.
"Aİ Şurası 54 fiziki və 30 hüquqi şəxsə qarşı 15-ci sanksiya paketini təsdiqləyib", - deyə bəyanatda qeyd olunur.
Sanksiyalar Şimali Koreyanın iki rəsmisinə və Çinin Rusiyaya elektronika, pilotsuz təyyarə komponentləri təchiz etməkdə şübhəli bilinən şirkətlərinə qarşı da tətbiq edilib.
Həmçinin, Rusiya neftini daşıyan tankerlərə qarşı məhdudiyyətlər tətbiq edilib.
Sanksiyalar Avropa İttifaqının yaxın vaxtlarda gözlənilən "Rəsmi jurnal"ında dərc edildikdən sonra qüvvəyə minəcək.
Qeyd edilir ki, Aİ Rusiyaya ikili təyinatlı malların təchizatına görə Çin, Hindistan, İran, Serbiya və BƏƏ-dən 32 şirkətə qarşı da ixrac məhdudiyyətləri tətbiq edib.
"Rusiyaya qarşı sanksiyalar" teqi üzrə xəbərlər
- Fransa parlamenti Rusiyaya qarşı qətnamə qəbul etdi
- "Sanksiyalar cəhənnəmi": Senator Qrem ABŞ Konqresinə Rusiya ilə bağlı qanun layihəsi təqdim edəcək
- Tramp CAR-a yardımları dayandırır, Rusiyaya əlavə sanksiyalar tətbiq etməyi düşünür
- Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
- Aİ diplomatiyasının rəhbəri Rusiyanın aktivlərinin müsadirəsindən danışdı