Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Orijinal olmayan avtomobil şüşələri: Aşağı qiymətin arxasında nə durur?
"Avtomobil üçün qeyri-orijinal şüşələrinin alınması sərfəli həll kimi görünə bilər, lakin bu, bir çox gizli risklər daşıyır".
Oxu.Az-ın pravda.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Vadim Strelbitski xəbərdarlıq edib.
O, ilk olaraq bildirib ki, ucuz şüşələr orijinaldan fərqli olaraq asanlıqla zədələnir.
"Hətta kiçik daş zərbəsi belə dəyişdirilməsi tələb olunan çatlara səbəb ola bilər", - deyə ekspert bildirib.
Beləliklə, aşağı davamlılığına görə şüşələrin tez-tez dəyişdirilməsi zərurəti yaranır, bu isə təmir və ya dəyişdirmə üçün əlavə xərclərə səbəb olur.
Bundan başqa ucuz şüşələr təhlükəsizliyin pisləşməsinə gətirir.
"Belə şüşələr görünüşü təhrif edən nahamarlıq və qüsurlara malik olur. Bu çatışmazlıqlar xüsusilə gecə və ya pis havada nəzərə çarpır: qarşıdan gələn avtomobillərin işıqları koredici effekt yarada bilər", - deyə Strelbitski vurğulayıb.
Mütəxəssis belə şüşələrin ultrabənövşəyi şüaların təsiri altında şəffaflığını tez itirdiyini qeyd edib.
"Bir neçə ay istifadədən sonra cızıqlar, sarılıq və tutqunluq əmələ gəlir ki, bu da görünüşü pisləşdirir və avtomobilin xarici görünüşünü korlayır", - deyə o əlavə edib.
"Avto-moto" teqi üzrə xəbərlər
- "Avtousta" - Təmirinin mümkünsüz olduğu deyilən elektromobillər: HƏQİQƏTLƏR və MİFLƏR
- Yeni Çin avtomobili, yoxsa işlənmiş alman maşını? - Ekspertdən izahlı açıqlama
- "Volkswagen"in gəlirləri 30.6% azaldı
- Avtomobildəki cızıqdan qurtulmaq üçün qəpik-quruşa başa gələn üç üsul
- Avtomobilinizi yavaş-yavaş məhv edən gündəlik vərdişlər hansılardır?