Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İnternet platformalarında dələduzluq edən şəxslərə qarşı ƏMƏLİYYAT
Xəzər rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması və nəticədə zərərçəkənə 21 min manatdan çox maddi ziyan vurulması, eləcə də digər bir nəfərin bank kartından 580 manatının oğurlanması barədə polisə məlumatlar daxil olub.
Oxu.Az-ın məlumatına görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Emin Sədətquliyev, 26 yaşlı İsrayıl Cavadov və onlarla əlbir olan bir qadın müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla onların internet platformaları üzərindən oyunlar təşkil etməsi və əlavə qazanc əldə edəcəkləri vədi ilə vətəndaşları aldatması məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
"Kiberdələduzluq (Kibercinayətkarlıq)" teqi üzrə xəbərlər
- Fırıldaqçıların YENİ OYUNU: "Bank kartını icarəyə ver, 5000 manat qazan"
- Rusiyada "LUKOIL" və "Rosneft" kütləvi haker hücumuna məruz qalıb
- Vətəndaş kiberdələduzluğun qurbanı oldu: Kartından 27 min manat oğurlandı
- DİN kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciət edib
- Bakıda və Sumqayıtda bank kartından pul oğurlayan şəxslər saxlanılıblar