Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyədə qəribə hadisə: Sərnişin avtobusundakı qutudan piton çıxdı
Türkiyənin Kütahya bölgəsində şəhərlərarası avtobusda aparılan axtarış zamanı karton qutunun içərisindən piton tapılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "TRT News" məlumat verib.
Məlumata görə, Kütahya Regional Təhlükəsizlik İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin qrupları İstanbuldan Antalyaya gedən avtobusda yoxlamalar aparıb.
Qruplar dayandırdıqları avtobusda tapdıqları karton qutunu açdıqları zaman pitonla qarşılaşıblar. İlanın sahibini müəyyən etmək mümkün olmayıb və piton sağlamlıq müayinəsi üçün heyvan sığınacağına aparılıb.
Sağlamlıq yoxlamalarından sonra piton Əskişehir Böyükşəhər Bələdiyyəsinin Zooparkına təhvil verilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyəli nazir: "Orduya göndərməyə gənclər tapmaya bilərik"
- Türkiyədə məşhur menecerə qarşı təhqiqatda yeni detallar üzə çıxıb
- Türkiyənin tanınmış aktyoru avtomobil qəzasına düşdü: Vəziyyəti ağırdır
- 22 apreldə səmada heyrətamiz təbiət hadisəsi baş verəcək
- Yerin altında gizlədilən 12 min illik məbəd - ARAŞDIRMA