Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Vüsal Cahangiri: "Həcc ziyarətinə ayrılmış kvotanın, təxminən, 70 faizi dolub"
"Həcc ziyarətinə ayrılmış kvotanın, təxminən, 70 faizi artıq dolub".
Bunu Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.
O bildirib ki, həcc ziyarətinə ayrılmış kvotanın tam sayı bu yaxınlarda açıqlanacaq:
"Kvota sayı hələlik 1 200-1 300 nəzərdə tutulub, amma bundan çox və ya az da ola bilər. Həcc ziyarətinə sənəd qəbulunun aprelin əvvəlinə qədər davam etdirilməsi planlaşdırılır. Amma yerlərin çox hissəsinin artıq dolduğunu nəzərə alaraq, bildirmək istəyirik ki, həcc ziyarətinə getmək istəyənlər gec olmadan müraciət etsinlər", - deyə V.Cahangiri qeyd edib.
Aləmdə Nəsib