Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tramp Meksikaya möhlət verdi
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Meksikaya aprelin 2-dək Birləşmiş Ştatlar, Kanada və Meksika arasında azad ticarət haqqında sazişin (USMCA) təsiri altına düşən mallara görə rüsumlar ödəməməyə icazə verib.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Truth Social" sosial şəbəkəsində yazıb.
"Mən bunu güzəşt qismində və Meksika Prezidenti Klaudiya Şeynbauma hörmət səbəbindən etdim", - deyə o bildirib.
Öz növbəsində Meksika lideri amerikalı həmkarı ilə telefon danışığının yekunları üzrə bu məlumatı "X" sosial şəbəkə hesabında təsdiqləyib.
Xatırladaq ki, martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan praktiki olaraq bütün idxal mallarına 25 faiz gömrük rüsumları tətbiq edib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Avropa ABŞ-nin 200% gömrük rüsumları ehtimalına münasibət bildirdi
- Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı xoş xəbər aldığını açıqlayıb
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
- Tramp Ukraynadakı böhranı 24 saata həll edəcəyinə dair sözlərini sarkazm adlandırdı
- Putin: "Kiyev Kurskdakı hərbçilərinə təslim olmağı əmr etməlidir"