Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Alpay Məmməd və Bəşir Süleymanlı HƏBS EDİLDİLƏR
"Seçki Müşahidə" Alyansının icraçı direktoru Alpay Məmməd də cinayət məsuliyyətinə cəlb edilib.
Oxu.Az "Qafqazinfo"ya istinadən məlumat verir ki, A.Məmməd barəsində də 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
"Vətəndaş Hüquqları" İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbs edilib.
Oxu.Az "Qafqazinfo"ya istinadən məlumat verir ki, o, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib.
B.Süleymanlı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
"Vəzifə səlahiyyətlərindən sui-istifadə" teqi üzrə xəbərlər
- Probasiya şöbəsinin keçmiş rəisi və eks-icra məmuruna hökm oxundu
- "Azərbaycan Dəmir Yolları"nın maşinisti 3619 manatlıq yanacaq satıb
- Perinatal Mərkəzdə körpələrin ölümü ilə bağlı şahidlər məhkəməyə məcburi gətiriləcəklər
- "QHT işi" üzrə daha bir nəfər barəsində həbs qərarı çıxarılıb
- 100 milyon manata yaxın pul vəsaitini ölkəyə qaytarmayan şəxslər HƏBS OLUNDULAR