Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qızılın qiyməti növbəti dəfə tarixi rekord qırdı
Qızılın qiyməti növbəti dəfə tarixi rekord qırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə rbc.ru nəşri yazıb.
Çikaqo Ticarət Birjasında (CME) aprel füçersləri Bakı vaxtı ilə saat 08:43-ə olan məlumata görə, 0.34% bahalaşaraq bir unsiya üçün 3 001.62 dollar olub.
Qızılın bir unsiyasının birja qiyməti tarixdə ilk dəfə olaraq 3000 dollar həddini keçib.
Qeyd edilib ki, kotirovkaların yüksəlməsi ticarət gərginliyinin artması fonunda dünyada təhlükəsiz aktivlərə tələbatın artması ilə əlaqədar olub.
ABŞ Prezidenti Donald Trampın metala gömrük rüsumları tətbiq etməsindən sonra qızılın qiyməti rekord həddə çatıb.
"Qızıl" teqi üzrə xəbərlər
- Qızıl füçerslərinin qiyməti tarixi maksimumunu yenilədi
- Dövlət Neft Fondunun dünya üzrə 500-dən çox daşınmaz əmlak obyektində payı var
- Qızılın qiyməti tarixi maksimuma çatdı
- Qızılın içərisindən qum tökülür - İDDİA
- Külli miqdarda qızılla tutulan şəxs məşhur polkovnikin qardaşı oğludur - Saxlanılan məmurun FOTOSU
Ən çox oxunanlar